Şahin Mustafayev: “Türkiyə ilə sərbəst ticarət razılaşması hələlik gündəlikdə deyil”
"Türkiyə ilə sərbəst ticarət razılaşması hələlik gündəlikdə deyil. Azərbaycan yaxın vaxtlarda Türkiyə ilə malların sərbəst yerdəyişməsinə keçidin mümkünlüyünü istisna edir\". SİA-nın xəbərinə görə, bunu Türkiyənin "Today’s Zaman" qəzetinə verdiyi müsahibədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. Azərbaycanla Türkiyə arasında sərbəst əmtəə dövriyyəsi məsələsinə toxunan Mustafayev sərbəst ticarət razılaşmasının hələlik gündəlikdə olmadığını deyib.
Nazir vurğulayıb ki, Azərbaycan tərəfi üçün prioritet yerli istehsalı dəstəkləməkdir. O bildirib ki, Bakı Türkiyə ilə sərbəst ticarət sazişinə çox ehtiyatla yanaşacaq: "Hesab edirəm ki, buna bir qədər vaxt lazım olacaq. Bizim milli şirkətlərimiz hər şeydən əvvəl ayaq üstə möhkəm durmağı bacarmalıdırlar".
Nazir bildirib ki, 2010-cu ilin yekunlarına görə, Azərbaycanla Türkiyə arasında mal dövriyyəsi 2,5 milyard dollara yaxın təşkil edib. Türkiyədən Azərbaycana ixrac 731 milyon dollar, Azərbaycandan Türkiyəyə ixrac isə 2011-ci ilin ilk beş ayı ərzində 667 milyard dollara yaxın təşkil edib. İlk növbədə bizim milli sahibkarlıq ayaq üstündə durmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB