Məcburi köçkünlərə güzəştli kreditlər ayrılıb

Məcburi köçkünlərə güzəştli kreditlər ayrılıb
Goranboy rayonunun Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı rayonundan olan məcburi köçkünlərlə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Qarabağın işğal altında olan digər rayonlarından da 120-dək məcburi köçkün iştirak edib. Tədbirdə, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Gəncə şəhərindəki "NEON" firmasının inşa etdirdiyi illik istehsal gücü 10,8 min ton olan çörək zavodunda aparılan tikinti işlərinə və tutumu 10 min ton olan müasir taxıl anbarı kompleksinin fəaliyyətinə baxış keçirib. Tədbir iştirakçılarına kreditlərdən istifadə mexanizmi, investisiya layihələrinin hazırlanmasına dair treninq keçirilib, Sahibkarlığa Kömək Milli Fondunun internet saytı (www.anfes.gov.az) barədə məlumat verilib, sahibkarlara metodiki materiallar paylanıb. Həmcinin kiçik həcmli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan 2 istiqamət üzrə – kiçik çörək istehsalı və meyvə-tərəvəz məhsullarının emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 946 investisiya layihəsinin maliyyələşdirilməsinə 80 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 54 investisiya layihəsinin maliyyələşdirilməsinə 68,8 milyon manat ayrılıb. 892 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə isə 11,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 3800-dən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulub. Ş.Abdullayev 2011-ci ildə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə Fondun güzəştli kreditlərinin veriləcəyi əsas sahələr barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Sonra müvəkkil kredit təşkilatları vasitəsilə məcburi köçkünlərə və ətraf rayonlarda fəaliyyət göstərən 38 sahibkarlıq subyektinə 466 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 60-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня