“Günəşli” yatağında yeni quyular qazılır

“Günəşli” yatağında yeni quyular qazılır
Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İdarəsi "Günəşli" yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. 6-cı özüldəki 49 nömrəli quyunun layihə dərinliyi 3850 metrdir. SİA-nın məlumatına görə, Qirməki Altı Lay Dəstəsinə qazılan həmin quyudan sutkada 25 ton neft, 200 min kubmetr qaz hasil ediləcəyi gözlənilir. Yataqdakı 14-cü özüldən Fasilə Lay Dəstəsinə qazılan 305 nömrəli quyunun layihə dərinliyi isə 2960 metrdir. Geoloqların hesablamalarına görə, bu quyudan sutkada 150 ton neft hasil ediləcək. Qeyd edəki ki, hər iki quyu "28 May" adına Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılır.

Bütün xəbərlər Facebook səhifəmizdə