69 minə yaxın daşınmaz əmlak obyektinin mülkiyyət hüquqları qeydiyyata alınıb
Əmlak Məsələləri Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahəsində mövcud qaydalar sadələşdirilib, sənədlərin təqdimetmə müddətləri azaldılıb. Vətəndaşlardan qanunvericilikdə müəyyən edilmiş sənədlərdən əlavə sənədlərin istənilməsi halları aradan qaldırılıb. Vətəndaşlar ərazi idarəsinə daxil olaraq heç bir mane olmadan hüquqların qeydiyyatı ilə bağlı ərizə və sənədlərini bir pəncərədən təqdim edirlər. Vətəndaşın iştirakı ilə təqdim edilən sənədlərin ekspertizası aparılır, sənədlər qanunvericiliyə uyğun olduqda ərizə və ərizəyə əlavə edilmiş sənədlər icra üçün qəbul edilir və vətəndaşa sənədin qanunvericiliklə müəyyən edilmiş müddətdə hazır olması tarixi barədə müvafiq bildiriş verilir. Bundan sonra vətəndaşlar qanunvericiliklə müəyyən edilmiş müddətdə mülkiyyət hüququna dair sənədləri əldə edirlər.
Eyni zamanda, komitənin daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən qurumlarında daxil olan müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddət ərzində və mahiyyəti üzrə araşdırılaraq cavablandırılması məqsədi ilə sənədlərin avtomatlaşdırılmış qeydiyyat və axtarış sistemi yaradılmışdır.
Bu sahədə ən mühüm yeniliklərdən biri isə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi qaydaları əsasında qurulmuş proqram təminatının tətbiqindən ibarətdir. Qaydalarda hər bir hüququ əməliyyat üzrə işlərin başa çatdırılması, hazır sənədlərin hüquq sahiblərinə verilməsi üçün konkret müddətlər müəyyən edilmişdir. Proqram təminatı isə nəzərdə tutulan işlərin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində operativ şəkildə yerinə yetirilməsini tənzimləyir.
Bunlarla yanaşı, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə məşğul olan komitənin yerli ofisləri də müasir tələblərə uyğun qurulur. Bu məqsədlə, ərazi idarələri üçün yeni, informasiya kommunikasiyaları ilə təchiz olunmuş müasir inzibati binalar tikilib istifadəyə verilir.
Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün müraciət edən vətəndaşların sayı günbəgün çoxalır.
2011-ci ilin altı ayı ərzində respublika üzrə 69 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Buda ötən ilin müvafiq dövrü ilə müqayisədə 50% çoxdur.
Bütün müraciətlər 20 gündən gec olmayaraq baxılır və əmlakın dövlət qeydiyyatı ilə bağlı müvafiq çıxarışlar təqdim edilir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (Forma 1) dair dövlət reyestrindən arayışlar ərazi qeydiyyat idarələri tərəfindən müraciət daxil olduğu gündən 5 iş günündən gec olmayaraq verilir.
Bir çox hallarda isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlar tərəfindən tam olmayan və əsassız sənədlər təqdim olunur. Bəzən isə vətəndaşlar tərəfindən müvafiq qanunvericiliklə qadağan olunmuş ərazilərdə inşa edilən əmlakların qeydiyyatı ilə bağlı müraciətlər də daxil olur. Belə sənədlərin qəbul edilməsi və ya qeydiyyatdan imtina edilməsi nəticəsində isə vətəndaşlar tərəfindən haqsız şikayətlər edilir.
Bunları nəzərə alaraq, vətəndaşlara hüququ baxımdan aydın, əsaslandırılmış izahın verilməsi, problemin qanunvericilik qaydasında həlli yolunun göstərilməsi, onları maraqlandıran hər bir sualın yüksək həssaslıqla cavablandırılması daim diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi BMT-nin Avropa İqtisadi Komissiyasının əmlakın idarə edilməsi üzrə İşçi Qrupunun Bürosunun üzvü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB