Heydər Əliyev adına BNEZ-də texnoloji qurğuların suya tələbatı nəzarətdə saxlanılır

Heydər Əliyev adına BNEZ-də texnoloji qurğuların suya tələbatı nəzarətdə saxlanılır
Heydər Əliyev adına Bakı neft emalı zavodunda texnoloji qurğuların soyutma sistemlərinin suya olan tələbatı daim nəzarətdə saxlanılır. SİA-nın məlumatına görə, suya tələbatın artığı bu günlərdə susoyutma sistemlərində əsasən bioloji təmizlənmiş sudan səmərəli istifadəyə üstünlük verilir. Belə ki, əvvəllər həmin bioloji su 55 nömrəli qurğuda istifadə olunduqdan sonra 9 nömrəli sexə axıdılırdı. İstifadə olunmasına baxmayaraq, bioloji su daha sərin olduğu üçün qurğuların su təchizatı sxemində müvafiq dəyişikliklər aparılmış və suyun bir hissəsi 21 nömrəli qurğuya, qalan hissəsi isə 43 nömrəli qurğuya ötürülmüşdür. Həmçinin, 31 nömrəli qurğunun kontur soyutma sistemində istifadə olunan bioloji təmizlənmiş su təkrar istifadə üçün ümumi xəttə qaytarılıb. Bütün bu işlər nəticəsində bioloji təmizlənmiş sudan səmərəli istifadə edilməsi təmin olunmuş, həmçinin qurğuların soyutma sistemlərində su təchizatı yaxşılaşmış, dövri su nasosxanasından verilən isti suyun miqdarı 100 kubmetrə qədər azalıb. Bu da öz növbəsində çirkab suların mexaniki təmizlənmə keyfiyyətinin yaxşılaşmasına müsbət təsir edib. Ötən müddət ərzində bioloji təmizlənmiş suyun keyfiyyətini yaxşılaşdırmaq üçün təmizləmə qurğusunda mühüm işlər görülmüş, bir aerotenk, 6 çökdürücü lil və çöküntülərdən təmizlənmiş, qumtutucular yenidən işə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə