Neftin qiymətində artım baş verib
İyulun 18-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin avqust fyuçerslərinə olan dəyəri 1 dollar qalxaraq 117,26 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də artıb. Belə ki, WTİ markalı neftin bir barelinin qiyməti1.55 dollar artaraq 97 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə