Əfqanıstanda qəzaya uğramış yük təyyarəsinin beş ekipaj üzvü “Atəşgah Həyat” da sığortalanıb

2011-ci il iyulun 5-dən 6-a keçən gecə Əfqanıstanda qəzaya uğramış Azərbaycanın Silk Way aviaşirkətinə məxsus İL -76 4K-AZ 55 yük təyyarəsinin beş nəfər ekipaj üzvü istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə "Atəşgah Həyat" SŞ –də sığortalanıb.

Qurumdan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının vətəndaşları olaraq, onlar 2010-ci ilin dekabrından tətbiq olunan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq sığortalanıb.

"Atəşgah Həyat" SŞ – 2008-ci ilin dekabrında Azərbaycanda təsis edilmiş ilk həyat sığortası şirkəti, bu qanunla bağlı sığorta xidmətlərini 2010-ci ilin dekabrından təqdim etməyə başlayıb.

Zəruri ekspertiza və müvafiq işlərin sona çatdırılmasından sonra Şirkət bağlanmış müqavilələr çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.

"Atəşgah Həyat" SŞ qəza nəticəsində həlak olanların doğmaları və yaxınlarına başsağlığı verir.

Bütün xəbərlər Facebook səhifəmizdə