Neftin qiymətində artım baş verib
İyulun 7-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin avqust fyuçerslərinə olan dəyəri 4,97 dollar qalxaraq 118,59 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin avqust fyuçerslərinə olan qiyməti də 2.02 dollar artaraq 98.67 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə