Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın məlumatına görə, mətbuat saatının mövzusu istehlakçıların təbii qazla təminatı, qarşıya çıxan problemlər və onların aradan qaldırılması ilə bağlı olub.
Tədbirdə Qaz təsərrüfatının istismar şöbəsinin rəis müavini Xəyyam Aydınov, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov gələn zənglərə yerindəcə cavab veriblər.
Tədbir zamanı Xaçmaz, Sabunçu, Maştağa, Binəqədi və bir sıra ərazilərdən şikayət zəngləri gəlib və mövzu yerindəcə həll olunub.
Yeni quraşdırılan "Smart" tipli sayğaclar Azərbaycanda ən müasir qaz sərfiyyatının göstəricisidir deyən T. Kazımov: "Sayğacın üzərində kredit qaz götürülməsi ilə bağlı əməliyyat sistemi var ki, bunun vasitəsi ilə 10 kub həcmində kredit götürülə bilər. Bu kredit isə verilən qaz bitənə qədər ödənilməlidir".
Ən çox problemlərin Binəqədi rayonundan olması məsələsinə aydınlıq gətirən X. Aydınov vurğulayıb ki, adıçəkilən ərazi mədən sahəsində yerləşdiyi səbəbindən orada olan qaz xətləri çox köhnəlib: "Həmin ərazilərdə olan köhnə qaz xətləri yeniləri ilə əvəz edilir. Artıq bu işlərə başlanılıb. İlin sonuna kimi işlərin yekunlaşması da nəzərdə tutulub. Digər səbəb isə həmin ərazilərin torpaqlarının şoran olmasıdır. Bu hal da qaz borularını vaxtından əvvəl çürüdür".
Tahir Kazımov onu da qeyd edib ki, yayın sonuna qədər Xınalıq kəndinə qaz veriləcək.
Qeyd edək ki, Azəriqaz İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkili ilə hər həftənin 5-ci günü açıq mətbuat saatı keçirilir. Hər dəfə Azəriqaz İB-nin mütəxəssislərinin iştirakı ilə şikayətçilərin zənginə yerindəcə cavab verilir. Bugünkü mətbuat saatına qədər 613 vətəndaş sual ilə müraciət edib. Bu sualdan 76-sı mürəkkəb olduğundan həmin problemin yoxlanılması üçün şikayət qeydə alınır. Digər 51 sualla bağlı konkret tədbirlər görülüb. Bununla yanaşı, o biri suallara da yazılı cavab verilib. Ən çox yeni tikilən binalara qazların verilməsi ilə bağlı müraciət daxil olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB