“Nabucco” konsorsiumunun baş direktoru Azərbaycana səfər edəcək

“Nabucco” konsorsiumunun baş direktoru Azərbaycana səfər edəcək

"Nabucco" konsorsiumunun baş direktoru Reynhard Mitçek iyul ayında Azərbaycana səfər edəcək. SİA-nın məlumatına görə, Reynhard Mitçekin Azərbaycan Diplomatiya Akademiyası və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə keçiriləcək V Bakı Yay Energetika Məktəbində iştirakı nəzərdə tutulur.

V Bakı Yay Energetika Məktəbi iyulun 2-dən 16-dək davam edəcək. Məktəbin işində Ekologiya və Təbii Sərvətlər, Sənaye və Energetika nazirliklərinin, Dövlət Neft Fondunun, xarici neft və qaz şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Yay məktəbində Xəzər regionu ölkələrinin, ABŞ-ın bir sıra aparıcı universitetlərinin tanınmış professorları mühazirə oxuyacaq, enerji siyasətinin iqtisadi və siyasi əsasları, onun ətraf mühitə təsiri, regional inkişafa töhfəsi və digər məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə