Ölkəmizdə turizm infrastrukturunun genişləndirilməsi yönündə növbəti tədbir
SİA-nın qrumun rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Nazirlik bir sıra beynəlxalq əhəmiyyətli təşkilatlarla müqavilələr imzalayır, turizmin inkişafına xidmət edən sahələrdə çalışan xarici şirkətlərlə sıx əlaqələr qurur. Bu baxımdan2011-ci il iyulun 1-də, saat 16.00-da Park İnn mehmanxanasının Dan Ulduzu zalında Mədəniyyət və Turizm Nazirliyinin Əməkdaşlarının, Azərbaycan turizm sənayesi sahəsində çalışan qurum rəhbərləri ilə Türkiyənin iş adamları ilə keçiriləcək görüş media mənsublarının marağına səbəb olacaqdır.
Qeyd edək ki, bu görüşdə Türkiyə Turizm Yatırımçılar Dərnəyinin (TYD) sədri Turqut Gür, TYD-nin İdarə heyətinin üzvləri Ayhan Bektaş, Can Pulak, Recai Çakır, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) Sədri Başaran Ulusoy, TURSAB-ın direktoru Ela Atakan, Türkiyə Turistik Otelçilər və İşletimçilər Birliyinin sədri (TUROB) Timur Bayındır, Türkiyə-Azərbaycan İŞ Şurasının(DEİK) Sədri Cengiz Gül iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB