Kristina Laqard Beynəlxalq Valyuta Fondunun ilk qadın lideri oldu

Kristina Laqard Beynəlxalq Valyuta Fondunun ilk qadın lideri oldu

Fransanın Maliyyə naziri Kristian Laqard çoxdan arzusunda olduğu BVF liderliyinə nail olub. BVF idarə heyəti onu quruma lider seçib. SİA-nın xəbərinə görə, bu qərar hardasa gözlənilən idi. Çünki Laqardı ABŞ və Rusiya da dəstəkləyirdi. Rusiya maliyyə naziri Kudirinin Laqard barədə \"yüksək istedada malik bir insandır\" deməsi artıq bir çox şeyi izah edir. Bundan əlavə ABŞ-ın xəzinə naziri Timoti Qaytner də Laqardı tərifləyib.

Xatırladaq ki, BVF-nin eks-lideri oteldə çalışan bir xanıma təcavüz etməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılıb və həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə