İlin əvvəlindən region sahibkarlarına 66,2 mln. manat məbləğində güzəştli kredit verilib

İlin əvvəlindən region sahibkarlarına 66,2 mln. manat məbləğində güzəştli kredit verilib

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ilin əvvəlindən region sahibkarlarına 66,2 mln. manat məbləğində güzəştli kredit verib. SİA-nın məlumatına görə, 2011-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 779 investisiya layihəsi maliyyələşdirilib.

Fondun vəsaitlərindən 57 mln. manat 43 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Daha 9,2 mln. manat 736 kiçik həcmli investisiya layihələrinin maliyyələşdirilməsinə ayrılıb.

Qeyd edək ki, SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 36 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2010-cu ildə fond 115 mln. manat məbləğində güzəştli kredit verib. 2011-ci ildə fond sahibkarlara ən azı 125 mln. manat məbləğində güzəştli kreditin verilməsini planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə