Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana verəcəyi 12 mlrd avroluq son yardım paketində bu ölkəyə verilən vəsaiti "qənaətlə" işlətməsi tələbi deyəsən, yunan parlamentində özünə dəstək arayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə jurnal yazır ki, artıq bir çox investorlar yatırdıqları məbləği geri götürə bilməyəcəklərini anlayıb hökumətdən pullarını geri istəyirlər.
Məşhur "Harvard" universitetinin professoru Martin Feldşteynin "Yunanıstanın süqutu qaçılmazdır" başlığı altında dərc etdirdiyi məqaləsində bu məsələnin nə qədər ciddi olduğu bir daha ictimaiyyətə aydın olub. Maraqlı məqaləni sizlərə təqdim edirik: "Yunanıstana göstərilən maliyyə yardımları sadəcə iflası gecikdirməyə hesablanmış addımlardır. Bu iflas isə gec-tez baş verəcək. Çünki Yunanıstandakı büdcə kəsrinin həddən artıq dərinləşməsi, faiz dərəcələrinin 25%-i keçməsi bu ölkənin artıq iflas etdiyini göstərir. Yunanıstanın Avropaya borclu olan tək ölkə olmaması onun iflasını daha da qorxulu bir vəziyyətə gətirir. Çünki Yunanıstandan başqa borc içində üzən Portuqaliya, İrlandiya və İspaniya bu iflasın ardından bata bilər. Yəni bu iflas təkcə dövlətlərin deyil, eyni zamanda bu ölkələrə investisiya qoyan, kredit verən iş adamları və bankların iflası deməkdir. Çünki iflas edən dövlət heç kimə qazanc gətirmir". Bundan başqa professor Avropa Birliyinin və BVF-nin bu səylərinin Avropanın maliyyə sistemini qorumaq məqsədi ilə edildiyini deyib. "Çünki Yunanıstan kimi adı çəkilən digər dövlətlər də borclarını qaytara bilməsə, onda Avropa maliyyə sistemini qurtarmaq demək olar ki, müşkül məsələyə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB