Mərkəzi Bankın rəhbəri: \"ABŞ iqtisadiyyatında geriləmə hələ davam edəcək\"
ABŞ-ın Mərkəzi Bankının verdiyi proqnoza əsasən bu il ABŞ iqtisadiyyatında 2,7% ilə 2,9% arası artım olmalı idi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu proqnoz özünü doğrultmayıb. Maraqlısı budur ki, bu göstəricilər təkcə aprel ayında 3,1% ilə 3,7% arasında dəyişmişdi. Bütün bunlara baxmayaraq ABŞ-da təkcə may ayında işsizlik səviyyəsi 9,1%-ə qədər yüksəlmişdi. ABŞ-ın Mərkəzi Bankının rəhbəri Ben Bernanke bu göstəricilərin 2011-ci il üçün dəyişməyəcəyini, əksinə daha da artacağını bildirib. B.Bernanke keçiridiyi mətbuat konfransında bildirib ki, azalmanın səbəbi mənzil bazarındakı geriləmə və neft qiymətinin 100 dollar səviyyəsində qalmasıdır. Bundan əlavə Mərkəzi Bankın rəhbəri ölkə üzrə inflyasiyanın səviyyəsinin 2,3% ilə 2,9% arası olacağı proqnozunu verib. Bundan əlavə inflyasiya göstəricilərinin yüksək olduğunu bildirən Ben Bernanke bunun keçici olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB