Bakıda GGFR-in Avropa və Mərkəzi Asiya üzrə regional komitəsinin hesabat iclası keçirilib

Bakıda GGFR-in Avropa və Mərkəzi Asiya üzrə regional komitəsinin hesabat iclası keçirilib
İyunun 17-də "Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq" (GGFR) Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional komitəsinin illik hesabat iclası keçirilib. SİA-nın qurumun rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, iclası Dunya Bankin Proqram Meneceri Bent Svensson və Koordinatoru Baxtiyar Kərimov aparırdılar. İclasda regional komitənin ötən il ərzində gördüyü işlər barədə hesabatı dinlənilib, növbəti il üçün planlar müzakirə edilib və komitənin yeni sədrinin seçilməsi məsələsinə baxılıb. Özbəkistan, Qazaxıstan, Türkmənistan və Rusiya nümayəndələri ölkələrində qaz yandırmalarının azaldılması istiqamətində həyata keçirilib layihələr və növbəti illərə planlaşdırdıqları işlər haqqında məlumat verilib. İclasda atmosferə atılan səmt qazının ölçülməsi, inventarlaşdırılması, səmt qazının yandırılmasıı istiqamətdində həyata keçirilmiş layihələr haqda ətraflı məlumat verilmiş, təcrübənin öyrənilməsi istiqamətində informasiya mübadiləsi və müzakirələr aparılıb. Dunya Bankin təklifi ilə ARDNŞ vitse-prezidenti Rəfiqə Hüseynzadə növbəti il üçün regional komitənin sədri seçilib. R. Hüseynzadə göstərilən etimada görə komitə üzvlərinə təşəkkür etmiş, regional komitənin işinin canlandırılmasına çalışacağını bildirib. Sonda komitənin növbəti iclasının Özbəkistanda keçirilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə