Bu gün “Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib

Bu gün “Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçirilib

Bu gün "Azəriqaz" İstehsalat Birliyində növbəti "Açıq mətbuat saatı" keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə \"Smart-kart\" tipli sayğacların tətbiqi ilə bağlı müzakirələr aparılıb. Tədbirdə İdarəetmə şöbəsinin müdiri Fərid Mustafazadə və media nümayəndələri iştirak ediblər.

\"Smart-kart\" tipli sayğacların tətbiqi və idarə etmə şöbəsinin müdiri Fərid Mustafazadə tədbir haqqında geniş məlumat verib. Onun sözlərinə görə, hal-hazırda Azərbaycana gətirdiyimiz yeniliklər bundan ibarətdir ki, pulsuz olaraq \"Smart-kart\" tipli sayğaclar qurarşdırırıq. "Bu sayğaclar intilektual sayğaclar sayılır. Sayğac bizim yerimizə bir çox məsələləri həll edir. Sayğacdan istifadə edərkən bunları etməyiniz məsləhət görülür. Bütün cihazların sönülü olmasından əmin olun. Sizin mənzilinizdə quraşdırılmış smart tipli sayğac yalnız yerli qaz istismar sahəsi tərəfindən verilmiş kart vasitəsi ilə işləyir. Sayğacın üzərində olan düymələrə diqqət edin. Sayğac üzərində mövcud olan ekranda ən vacib məlumatları əldə etmək mümükündür", - deyə Fərid Mustafazadə bildirib.

Qeyd edək ki, tədbirin sonunda media nümayəndələrinin suallarını Fərid Mustafayev cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə