OPEK ABŞ-a işləyir?

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) zirvəsi əvvəlində Səudiyyə Ərəbistanın rəsmiləri ilə amerikalı rəsmilər arasında bənzəri olmayan bir görüş olduğu irəli sürülür. Heç bir nəticənin hasil olmaması ilə nəticələnən son iclasda OPEK zirvəsi əvvəlində Səudiyyə Ərəbistanı ilə ABŞ-ın gizli danışıqlar apardığı iddiaları irəli sürülür. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) zirvəsi əvvəlində Səudiyyə rəsmiləri ilə amerikalılar bir araya gələrək bənzəri olmayan bir görüş keçirdi. Görüş ABŞ-ın təcili anlar üçün ehtiyatda saxladığı yüksək keyfiyyətli neft qarşılığında, Səudiyyə Ərəbistanının bu ölkəyə daha aşağı keyfiyyətdə nefti aşağı qiymətə verməsiylə bağlı razılıq əldə olunub.

Danışıqlara yaxın olan kəslərin mətbuata sızdırdığı xəbərə əsasən ABŞ Liviya müharibəsi səbəbilə Liviyanın saflaşdırılmış neft ixracını dayandırması ABŞ-ı çətin vəziyyətə salıb. ABŞ Avropanı saflaşdırılmış neftlə təmin etdiyindən öz depoları boşalmaq üzrədir. Bunun müqabilində ABŞ S.Ərəbistanından öz anbarlarını saf neftlə təmin etməsini istəyib.

Görüşlərə yaxın şəxslərin verdiyi xəbərə görə, danışıqlar elə masa başında da qalıb. Amma ABŞ belə bir təklifi etməsi belə onun öz təcili ehtiyatlarını fövqəladə bir şəkildə istifadəyə verə biləcəyinə işarə etməsi və Səudiyyə Ərəbistanın neftin qiymətinin yüksəlməsinin qarşısını alması üçün bu addımı atmasını istəməsi ən azından maraq doğuran bir faktdır.

OPEK anlaşılmazlığı...

Bu ayın əvvəllərindəki zirvədə OPEK istehsal kvotaları barədə razılığa gələ bilmədi, bunun üzərinə neft qiymətləri barel üçün 100 dolları keçdi.

Ekspertlər OPEK ölkələrinin neft qiymətlərini azaltmaq və qlobal iqtisadiyyat üzərindəki təzyiqi yüngülləşdirmək məqsədilə istehsalı sürətləndirilməsini gözləyirdi. Ancaq OPEK ölkələri, yüksək neft qiymətlərinin günahkarının məhdud istehsal deyil, bu sahədəki spekuliyasiyalar olduğunu müdafiə edir.

Dünya neftinin 40%-ni təmin edən OPEK üzvlərinin gündəlik istehsalını hələ də 25 milyon barellə məhdudlaşdırılıb.

Bəzi mütəxəssislər razılığın əldə olunmamasında bəzi OPEK ölkələrinin enerji bazarına sabitlik gətirmək əvəzinə, yüksək neft qiymətlərindən özlərinə pay çıxarmaq məqsədi güddüklərini irad tuturlar.

Bəzi OPEK üzvləri isə neft qiymətlərinin yüksək qalmaqda davam etməsinin əks reaksiya verə biləcəyi xəbərdarlığını edir.

Xüsusilə də istehlakçılar enerji qənaətinə ya da alternativ yanacaq mənbələrinə yönəlsələr, bu neft hasilatçısı ölkələrinə baha başa gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə