Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda investisiya layihələrinin qəbuluna başlayır

Sahibkarlığa Kömək Milli Fondu Beyləqan rayonunda investisiya layihələrinin qəbuluna başlayır

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il iyunun 10-da Beyləqan rayonunda \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirilib. SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Beyləqan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib:

- müasir texnologiyanın tətbiqinə əsaslanan ətlik və ya südlük istiqamətli cins heyvandarlıq kompleksinin yaradılması;

- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması.

- yeni texnologiyaların tətbiqi ilə ət kəsimi və emalı müəssisəsinin yaradılması.

Bu gündən etibarən \"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları\"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə