Yararsız mallar satışdan çıxarılaraq məhv edilib

Yararsız mallar satışdan çıxarılaraq məhv edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda

-A.Məhərrəmov küçəsində yerləşən \"Bakı market\"də və İnarə Rüstəmovaya məxsus mağazada ;

-28 May küçəsi, 52 ünvanında Svetlana Əhədovaya məxsus mağazada;

-3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 56 ünvanındakı \"S.P. market\"də;

-20 Yanvar küçəsi, 2/51 ünvanında Sədaqət Vəliyevaya məxsus mağazada;

Binəqədi rayonunda

-9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 63 ünvanında yerləşən \"Sizin market\"də;

Səbail rayonunda

-Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev 23 ünvanında Təranə Kərimovaya məxsus mağazada;

Gəncə şəhərində

-H.Əliyev prospekti, 65 ünvanında Rübail Nəsibova məxsus şadlıq sarayında;

Goranboy rayonunda

-Qaraçinar kəndində Qaçay Quliyevə və Həzi Sarıyevə məxsus mağazalarda;

ümumi çəkisi 380 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.


Bütün xəbərlər Facebook səhifəmizdə