15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş mini-futbol çempionatı keçirilir
İqtisadi İnkişaf Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Nazirliyin aparatının bölmələri və tabeliyində olan qurumlar arasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş keçici kubok uğrunda mini-futbol çempionatına start verilib. SİA-nın nazirliyin rəsmi internet saytına istinadən verdiyi məlumata görə 13 komandanın iştirakı ilə keçirilən çempionatda ilk dörd yeri tutan komandaya, fərqlənən idmançılara fəxri fərman və hədiyyələr veriləcəkdir.
2009-cu ildən ənənəvi olaraq təşkil edilən və 4 yarımqrupda keçirilən çempionata iyunun 27-də başa çatacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB