\"Samsung\"un \"Nokia\"nı almaq söz-söbətləri yayılıb

\"Samsung\"un \"Nokia\"nı almaq söz-söbətləri yayılıb

\"Samsung\"un \"Nokia\"nı almaq söz-söbətləri yayılıb. Bir müddətdir ki, \"Nokia\"nın bazardakı düşüşünü izləyirik. SİA-nın xəbərinə görə, \"Nokia\" nə qədər düşsə də hələ də bazarda liderdi. Bu imkandan da faydalanmaq istəyənlər əlbəttə var. İlk əvvəl Micsoft \"Nokia\"nı almaq istəyir xəbərləri yayıldı. Hər nə qədər öz təsdiqini tapmasa da iddialar kifayət qədər ciddi idi. Üstəlik bazarda indiyə qədər iddiaları rədd edəndən sonra onun reallaşması da çox görülüb.


\"Nokia\" ilə bağlı növbəti iddianın isə ikinci qəhrəmanı \"Samsung\"dur. \"Samsung\" \"Nokia\"nı almaq üçün təklif təqdim etməyə hazırlaşır. Bu dəfə də, \"Samsung\" tərəfindən təkzib gəldi. Ancaq yenə də söz-söhbətlərin ardı kəsilənə bənzəmir.


\"Samsung\"un son zamanlarda böyük irəliləyişi, bazarda Android telefonları ilə yüksəlişi onu artıq bazarın ciddi oyunçusu edib. Xüsusilə \"Galaxy S\" telefonlarının bazarda böyük rəğbət görməsi nəticəsində koreyalı firma bazar payını fikayət qədər artırıb.


Qeyd edək ki, \"Samsung\"un yeni telefonu \"Galaxy S 2\"-nin Azərbaycan üçün rəsmi təqdimatı da gələn həftə reallaşacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə