Özəl pensiya fondlarının yaradılması üçün xarici təcrübə öyrənilir

Özəl pensiya fondlarının yaradılması üçün xarici təcrübə öyrənilir

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkədə özəl pensiya fondlarının yaradılması və fəaliyyət göstərməsi üçün müvafiq qanunvericilik bazasının hazırlanması istiqamətində xarici təcrübəni öyrənir. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, həmin təcrübədən gələcəkdə Azərbaycanda aparılacaq islahatlarda istifadə ediləcək: "Bu məqsədlə iki gün əvvəl əməkdaşlarımız Estoniyada səfərdə olublar. Artıq Polşa, Almaniya və bir sıra ölkələrin təcrübəsi öyrənilib. Bundan sonra Qazaxıstan, İsveç və digər ölkələrin təcrübəsi öyrəniləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə