DSMF-nin sədri: “Şikayətlərin yerində araşdırılması üçün Daxili Audit Şöbəsinin əməkdaşları yerlərə ezam olunur”

DSMF-nin sədri: “Şikayətlərin yerində araşdırılması üçün Daxili Audit Şöbəsinin əməkdaşları yerlərə ezam olunur”

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) vətəndaşlarla münasibətlərdə şəffaflığın qorunması və onların müraciətlərinə dərhal baxılması istiqamətində fəaliyyətini gücləndirib. SİA-nın məlumatına görə, bunu DSMF-nin sədri Səlim Müslümov jurnalistlərə bildirib.

S.Müslümovun sözlərinə görə, fondun "qaynar xətti"nə və birbaşa onun öz elektron poçtuna edilən müraciətlər əvvəllər olduğu kimi fondun bölgələrdə fəaliyyət göstərən orqanları tərəfindən deyil, mərkəzi aparatdan ezam olunmuş işçilər tərəfindən araşdırılır: "Əvəlki illərdən fərqli olaraq, indi şikayətlərin yerində araşdırılması üçün Daxili Audit Şöbəsinin əməkdaşları yerlərə ezam olunur. Açıq deyim ki, hətta onlar bunu çatdıra bilmirlər. Çünki həmin şöbədə 18 nəfər işçi var və onların bölgələrə gedib-gəlməsi üçün müəyyən vaxt tələb olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə