Sərinləşdirici içki bazarında monitorinqlər davam etdirilir

Sərinləşdirici içki bazarında monitorinqlər davam etdirilir
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 32a ünvanında Xalisə Dünyamalıyevaya məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı \"Düşes\" və \"Tərxun\" sərinləşdirci içkilərinin, meyvə nektarlarının müvafiq reseptura olmadan istehsal edildiyi, \"Düşes\" və \"Tərxun\" sərinləşdirci içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, meyvə nektarlarının etiketlərində saxlama temperaturunun normativ sənədlərdə müəyyən edilmiş normadan artıq göstərildiyi, habelə məhsul istehsalı zamanı \"Effort\" əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub SİA-nın nazirliyin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə bundan başqa, yoxlama zamanı müəssisənin anbarında üzərində \"Effort\" əmtəə nişanı olan 5440 ədəd etiket aşkar edilib.

Qanun pozuntuları ilə əlaqədar \"Düşes\" və \"Tərxun\" sərinləşdirci içkilərinin, meyvə nektarlarının istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, məhsul istehsalı zamanı \"Effort\" əmtəə nişanından qanunsuz istifadənin dayandırılması, habelə üzərində həmin əmtəə nişanı olan 5440 ədəd etiketin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Xalisə Dünyamalıyevaya icrası məcburi göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə