Vahid Əhmədov: ““Nabucco” reallaşarsa, Azərbaycanla Avropa dövlətlərinin münasibətlərində yeni mərhələ başlayacaq”
"Avropa İttifaqı üçün önəmli olan "Nabucco" layihəsi reallaşarsa, bu, Azərbaycanla Avropa dövlətlərinin münasibətlərində yeni mərhələ açacaq. Hazırda "Nabucco" qaz kəməri layihəsi üçün bir sıra çətinliklər olmasına baxmayaraq onun reallaşması üçün ciddi əsaslar var". SİA-nın xəbərinə görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, kəmər üçün hazırda əsas çətinlik ildə 31 milyard kub metr qazın tapılmasıdır. Onun sözlərinə görə, əgər Türkmənistan bu məsələdə razılığa gələrsə, kəmərin rentabelliyini təmin etmək mümkündür.
"Nabucco" layihəsinin reallaşması üçün son illər imkanların daha da genişləndiyini deyən V.Əhmədov bildirib ki, Rusiya layihənin reallaşmamasına maraqlıdır. İqtisadçı deputatın fikrincə, 2015-2016-cı ildə qaz bu kəmərlə Avropaya ixrac olunacaq. V.Əhmədov qeyd edib ki, Azərbaycan bu kəmər sayəsində Avropaya mavi yanacaq ixrac etmək üçün alternativ yol əldə edəcək. Bundan başqa Türkmənistan qazı bu kəmərlə ixrac olunacaqsa, Azərbaycan həm də tranzit ölkə kimi gəlir əldə edəcək: "Kəmər həm də Azərbaycanla Avropa dövlətləri arasındakı münasibətlərin yeni mərhələsini açacaq" deyə o, vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB