Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iştirakçıları Heydər Əliyev fondunda olublar

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iştirakçıları Heydər Əliyev fondunda olublar

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının növbəti iclasının iştirakçıları Heydər Əliyev Fondu ilə tanış olublar. SİA-nın məlumatına görə, qonaqlara Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verilib. Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanışlıq zamanı bildirilib ki, ulu öndər Heydər Əliyev bütün dünyada tanınan, örnək və nümunə kimi qəbul olunan dahi siyasətçi kimi xalqımıza şöhrət və baş ucalığı gətirib, Azərbaycanın böyük təhlükələrlə üzləşdiyi bir vaxtda onun mövcudluğunu dönməz və sarsılmaz edən möhkəm ictimai-siyasi zəmin yaradıb, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri bütün dünyaya bəyan edib. Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının 3-cü iclasının iştirakçıları ümummilli liderin müxtəlif dövrlərdə Respublikamıza rəhbərlik etdiyi illəri əks etdirən fotolar və eksponatlarla böyük maraqla tanış olublar. Onların diqqətinə çatdırılıb ki, bu gün ölkəmizdə olan siyasi sabitlik, iqtisadi inkişaf, xalqın mənafeyinə xidmət edən islahatlar, böyük quruculuq və abadlıq işləri, infrastruktur layihələrin həyata keçirilməsi ulu öndərin təməlini qoyduğu siyasətin nəticəsidir. Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kuvelis Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə