İstehsal müddəti bitən sayğaclar tezliklə smart kart tipli sayğacla əvəz olunacaq
"Bu ilin sonun kimi Bakıda smart kart tipli sayğacların quraşdırılması mümkün deyil". Bu barədə SİA-ya açıqlamasında \"Azəriqaz\" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Tahir Kazımov bildirib.
O qeyd edib ki, \"Azəriqaz\" İstehsalat Birliyi tərəfindən həyata keçirilən təşkilat və texniki tədbirlər nəticəsində Bakı və ətraf yaşayış məntəqələrində qaz xətlərində təmir bərpa işləri aparılır və köhnə tipli mexaniki sayğaclar elektron tipli sayğaclarla əvəz olunur: "Hazırda Sabunçu, Suraxanı, Binəqədi rayonu və digər ərazilərdə smart kart tipli sayğaclar quraşdırılıb. İstehsal müddəti bitən sayğaclar mütləq smart kart tipli sayğacla əvəz olunacaq. Bu sayğacların quraşdırılması ödənişsizdir və \"Azəriqaz\" İstehsalat Birliyinin vəsaiti hesabına quraşdırılır. Bu tipli sayğacların istifadəsi istismar sahiblərini əlavə yoxlamalardan, bir- birini narahat etməkdən azad edir".
T. Kazımov onu da vurğulayıb ki, smart kart tipli sayğaclar quraşdırılan kimi vətəndaşların narazılığına səbəb olmasın deyə abonentlərə 1 kub qaz verilir: "Bəzi hallarda isə bu rəqəm kifayət etmədikdə 10 kuba qədər kredit verilir. Təbii ki, bu kredit gələcəkdə ödənilmək şərti ilə verilir. Bu sayğacda xüsusi qurğu var ki, orada kreditə götürülən göstərici qeyd edilir. 10 kub qazdan iki günlük istifadə etmək mümkündür. Hələlik smart kartlar qaz istismar sahələrində yüklənilir. Gələcəkdə isə bunun üçün poçt yerlərində, banklarda aparatlar quraşdırılacaq. Daha sonra kart həmin yerlərdə kodu yığmaqla istədiyin qədər ödəniş oluna bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB