Vergi ödəyicilərinin onlayn rejimdə qeydiyyatına başlanılacaq

Vergi ödəyicilərinin onlayn rejimdə qeydiyyatına başlanılacaq

Azərbaycan Vergilər Nazirliyi yaxın vaxtlarda vergi ödəyicilərinin onlayn rejimdə qeydiyyatına başlamaq niyyətindədir. SİA-nın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov jurnalistlərə verdiyi açıqlamasında bildirib: "Hazırda nazirliyin maddi-texniki bazası və kadr potensialı imkan verir ki, biz bu gündən etibarən bu işə başlayaq".

Bununla yanaşı, onlayn qeydiyyatın tətbiqi üçün müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir: "Bununla bağlı təkliflərimiz var. Tələb olunan digər addım elektron imzanın tətbiqi ilə bağlıdır. Elektron imzanın işə salınması ilə bağlı bütün tədbirlər görülüb və bu yaxınlarda onun təqdimatı keçirilib. Güman edirəm ki, bu işlərə də yaxın vaxtlarda başlanılacaq".

S.Ələkbərov onu da vurğulayıb ki, onlayn rejimdə ilk növbədə fiziki şəxslərin qeydiyyatına başlanacaq, bundan sonra isə, yaxın gələcəkdə kommersiya-hüquqi şəxslərin qeydiyyatı da onlayn rejimində aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə