ARDNŞ-də əməyin mühafizəsinə həsr olunmuş istehsalat müşavirəsi keçirilib

ARDNŞ-də əməyin mühafizəsinə həsr olunmuş istehsalat müşavirəsi keçirilib

ARDNŞ-nin "Neftqaztikinti" trestində Keyfiyyətə Nəzarət Departamenti və onun struktur vahidləri olan əməyin mühafizəsi, keyfiyyətə nəzarət və ekologiya şöbələri işçilərinin iştirakı ilə əməyin mühafizəsinə həsr olunmuş istehsalat müşavirəsi keçirilib. SİA-nın şirkətin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, trestdə əməyin mühafizə sisteminin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər haqda ətraflı məlumat verilib, bu sahədə mövcud vəziyyət geniş müzakirə olunub. Trestin mühəndis-texniklərinə işlərini Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsinin Vahid İdarəetmə Sisteminin, habelə TS-18001 – təhlükəsizlik, İSO-9001 keyfiyyət və İSO-14001 – ekologiya üzrə beynəlxalq standartların tələblərinə uyğun qurmaları istiqamətində konkret tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə