Rusiya tərəvəz idxalını yasaqladı, AB isə buna etiraz edir

Rusiya tərəvəz idxalını yasaqladı, AB isə buna etiraz edir

Rusiya rəsmiləri E.koli bakteriyası ilə əlaqədar Avropadan tərəvəz idxalını dayandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa isə bu qərarın əsassız olduğunu bildirib.

Rusiya rəsmisi Gennadi Onişenko: "Avropada E.koli bakteriyasından ölənlərin sayının günü-gündən artırması bizi bu qərarı qəbul etməyə vadar etdi", - deyə bildirib

AB-nin ixrac etdiyi meyvə-tərəvəzin 14 faizinin Rusiyaya getdiyini bildirsək, onda bu qərar başa düşüləndir.

Hər nə qədər AB bu qərarı dəstəkləməsə də, digər tərəfdən Almaniyada ictimaiyyəti qorxudan bəyanat gəlib. Almaniyanın "Robert Koch RKI" universitetinin başqanı ölümcül E.koli virusunu aradan qaldırmaq aylar sürəcək.

Reinhard Burgerin açıqlaması isə daha tükürpəticidir. Belə ki, R.Burger deyib: "Bu xəstəliyin qarşısını almaq mümkün olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə