Son vaxtlar mal-qara arasında dabaq xəstəliyi yayılıb. Yolxucu olması səbəbi ilə bölgələrdə bu xəstəlik sürətlə yayılır. Bəs görəsən mal-qara arasında bu xəstəliyin yayılması ölkədə ət qıtlığına və ətin qiymətinin bahalaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov bildirib ki, dabaq xəstəliyi yolxucu bir xəstəlikdir və heyvanların daban və dırnaqlarında formalaşır: “Xəstəlik yolxucu xarakter daşıdığı üçün dövlət tərəfindən heyvan satış məntəqələri bağlanıb. Belə olan halda kiçik və orta fermerlərin mal satışı məntəqələrinə məhsullarının çıxardılmasına məhdudiyyət qoyulur. Belə olan halda müəyyən problemlər yaranır. Əvvəllər ətə olan təlabatı xaricdən idxal hesabına ödəyirdiksə ancaq belə hallar təbiiki qiymətlərə öz təsirini göstərir. Bütün bunlardan ən çox zərər görən təbii ki, fermerlərdir. Çünki heyvanların qidalanması üçün yem lazımdır, müəyyən bir peyvəndlər lazımdır. Ona görə də müəyyən cəhətdən iqtisadi çətinliklərlə üzləşirlər. Kənd Təsərrüfatı Nazirliyi yaxşı olardı ki, fermerlərin qiymətləndirilməsini həyata keçirsin. Xəstəliyə yoluxmamış heyvanların statistikası aparılmalıdır”.
İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, ölkədə yayılan dabaq xəstəliyi səbəbindən mal bazarlarının bağlanması bu sahənin inkişafına, xüsusəndə bu sahədə fəaliyyət göstərən kiçik və orta fermerlərə ciddi problem yarada bilər: “Fermerləri hətta müflis də edə bilər. Mal ətinin bazara çıxarılmasının məhdudlaşdırılması bazarda təklifidə aşağı salan faktordur. Digər tərəfdən dondurulmuş ətlərə olan təlabatında artmasını müşahidə edə bilərik. Yəni yerli mal əti satışına məhdudiyyətin qoyulması, əhalinin xaricdən idxal olunan dondurulmuş mal ətinə təlabatını artıra bilər. Ümumiyyətlə bu cür xəstəliklərin yayılması həm sektorda sahibkarlara ciddi ziyan vurur, həm də qiymətləri artırır”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB