Hansı avtomobil modelləri bazarda daha ucuz qiymətə satılır? - AYDINLIQ GƏTİRİLDi

“Taksidə artıq istismar olunmayan modellər bazarda daha ucuz satılır”. Bunu SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, 15 il müddəti tətbiqindən sonra bir çox modellər taksidə artıq istismar olunmur: "Burada xüsusən "Toyota" priusları, "Kia" rioları qeyd etmək olar. Və artıq onların bazarda başqa alıcıları var, xüsusən bölgələrə bu maşınlar daha çox satılır. Artıq rayonlarımızda da daha az yanacaq sərf edən digər nəqliyyat vasitələri alıb aparılır. Amma qiymətləri kifayət qədər aşağı düşdü, bu da gözlənilən idi. Çünki bu maşınlar köhnə maşınlardır və taksidə də kifayət qədər istismar olunmuşdu. 12 min manat, 13 min manat, 15 min manat dəyərində Azərbaycana gətirilirdi, amma artıq taksiyə yaramadığına görə bazarda 8 minə, 10 minə artıq almaq olurdu".

Zeynəb Cəfərli

Bütün xəbərlər Facebook səhifəmizdə