Enerji idarəçisinin təyin edilməsi mövzusunda vebinar keçiriləcək

Fevralın 12-də Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji idarəçisinin təyin edilməsi” mövzusunda vebinar keçiriləcək. Nazirlikdən SİA-ya bildirilib ki, vebinarda Energetika Nazirliyinin əməkdaşı Əli Salmanlı tərəfindən təsərrüfat subyektləri və qeyri-yaşayış binalarında enerjinin səmərəli istifadəsinə cavabdeh olan enerji idarəçisinin təyin edilməsi, onun vəzifələri, attestasiyadan keçirilməsi qaydaları haqqında ətraflı məlumat veriləcək, mövzu ilə bağlı suallar cavablandırılacaq.

Onlayn seminarda iştirak etmək istəyənlər fevralın 12-də saat 16:00-da Energetika Nazirliyinin feysbuk sosial şəbəkəsindəki səhifəsi vasitəsilə vebinara qatıla bilərlər.

Maraqlı tərəfləri informativ sessiyaya qoşulmağa dəvət edirik: https://www.facebook.com/minenergygovaz/

Bütün xəbərlər Facebook səhifəmizdə