Ötən il Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 539 milyon 514 min 500 manat olub. Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, bu göstərici 2023-cü illə müqayisədə 3,1 faiz çoxdur.
Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 3277 manat olub.
Bütün xəbərlər Facebook səhifəmizdə