NETTY-2024 Azərbaycanın Milli İnternet Mükafatının 19-cu mükafatlandırma mərasimi keçirilib.
SİA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir. Bildirilir ki, Komitənin “Smart Customs” mobil tətbiqi "NETTY-2024" Azərbaycanın Milli İnternet Mükafatının “Dövlət və Elektron Hökumət” nominasiyası üzrə ilin ən yaxşı mobil tətbiqi seçilib.
“e-customs.gov.az” elektron portalı isə “ Dövlət və Elektron Hökumət” nominasiyası üzrə ilk üçlükdə yer alıb.
Müsabiqəyə təqdim edilən layihələr, NETTY Akademiyasının və ekspertlər şurasının üzvləri, həmçinin virtual jürilər tərəfindən dəyərləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB