"Dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 mlrd. manata yaxın vəsait ayrılıb" - Baş nazir
"Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə, yəni 9 306 nəfər köçürülüb". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.
Baş nazir bildirib ki, Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir: "2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait ayrılıb (o cümlədən 2025-ci ildə 4 mlrd. manat)".
Bütün xəbərlər Facebook səhifəmizdə