İndiyədək 157 sahibkarlıq subyektinə rezident statusu verilib

2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib.

SİA xəbər verir ki, sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 9400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə