Orta illik inflyasiyanın 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir

İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək baza ssenaridə 2025-ci ildə isə 4,6 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın tədricən azalaraq 2028-ci ildə 3,8 faiz olacağı gözlənilir.

SİA-nın əldə etdiyi məlumata görə, AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə