Azərbaycanda "yaşıl maliyyə" və dayanıqlı inkişaf forumu keçiriləcək

Azərbaycanda "yaşıl maliyyə" və dayanıqlı inkişaf forumu təşkil ediləcək. SİA xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.

"Forumda "yaşıl maliyyə" üçün siyasət və tənzimləyici çərçivələr, dayanıqlı maliyyə alətləri və sair mövzular əhatə ediləcək. Tədbirin təşkil olunması Birləşmiş Millətlər Təşkilatı, Azərbaycan Mərkəzi Bankı və digər maliyyə institutlarının iştirakı ilə bu ayın sonunda planlaşdırılır", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə