Maliyyə sektorunun dayanıqlılığı artıb - AMB

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun dayanıqlılığı bir qədər də artıb. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nın təqdimatında bildirib.

O, həmçinin deyib ki, hesabat dövründə bank sektoru maliyyə sektorunun 94,6 %-ni təşkil etməklə xüsusi çəkisini saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə