Sahib Ələkbərov Qusarda vətəndaşları qəbul edib - FOTOLAR

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qusar şəhərində Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib. SİA nazirliyə istinadən xəbər verir ki, qəbula gələn vətəndaşlar əmlak, vergi, sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahat verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib.

Qusar şəhərində keçirilən qəbula gələn sahibkarların təklifləri müzakirə olunub, dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə