Orta Dəhliz ölkələri arasında daha sıx koordinasiyanın yaradılması təklif edilir - FOTOLAR

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı əsas məsələlərdən biri investorlar və dəhliz boy yerləşən ölkələr arasında daha sıx koordinasiyanın yaradılmasıdır. SİA xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz TicarətLimanı" QSC-nin Baş direktoru Taleh Ziyadov ABŞ-ın Nyu-York şəhərində Xəzər Siyasət Mərkəzi ("Caspian Policy Center") Və Xəzəryanı ölkələrin səfirliklərinin təşkilatçılığı ilə keçirilən 5-ci Xəzər Biznes Forumunda bildirib.

"Bölgənin əhəmiyyəti artır, lakin bununla bağlı rəqabətin də artacağı gözlənilir", - deyə o qeyd edib.

Liman rəhbəri Orta Dəhlizin davamlı olması üçün “Yaşıl Dəhliz” prinsiplərinin tətbiqinin əhəmiyyətinə toxunub və regionun ilk Yaşıl Limanı olan Bakı Limanının bu sahədə böyük inkişaf yolu qət etdiyini qeyd edib.

"Caspian Policy Center"in prezidenti Efqan Nifti isə Orta Dəhliz kimi layihələr vasitəsilə regionda nəqliyyat əlaqələrinin artan əhəmiyyətini, eləcə də Xəzər regionunun karbohidrogen və bərpa olunan enerji mənbələri ilə dünyanı enerji lə təmin etmək qabiliyyətini vurğulayıb.

Forum müddətində iştirakçılar müxtəlif panel sessiyalar üzrə Xəzər regionunda eneji istehsalı, onun nəqli və bu ərazinin beynəlxalq logistikada oynadığı mühüm rol və digər bu kimi məsələlər bağlı fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə