Zərifə Əliyeva küçəsində hərəkət zolaqları yenilənib - FOTO

Zərifə Əliyeva küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsi ilə kəsişməsinədək olan hissəsində 2 hərəkət zolağı saxlanılaraq, ikitərəfli velosiped zolağı təşkil edilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən SİA-ya bildirilib ki, küçənin sağ tərəfində mövcud parklanma yerləri saxlanılıb.

“Eyni zamanda, velosiped zolaqları təşkil edilən hissələrdə ciblər olan yerlərdə də parklanma yaradılıb. Sürücülər müəyyən edilmiş hissələrdən mikromobillik istifadəçilərinə mane olmamaq şərtilə parklanma yerlərinə daxil ola bilərlər”, - deyə AYNA-nın məlumatında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə