Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Sentyabrın 21-i saat 21:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. Bu zaman yol bağlanmır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə