Sentyabrın 23-də, saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər Şamaxı DAİM-ə (051-454-03-85) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə