Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 17 % azalıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 86,1 milyon manat vəsait yönəldilib. Bu barədə SİA-ya Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 % azdır.

8 ay ərzində istifadə olunmuş vəsaitin 22,9 milyon manatı və yaxud 26,6 %-i məhsul istehsalı sahələrinə, 21,3 milyon manatı və yaxud 24,8 %-i xidmət sahələrinə, 41,9 milyon manatı və yaxud 48,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala vəsait qoyuluşunun 68,6 milyon manatı və yaxud 79,7 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 16 % azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə