Zəmanət və subsidiya mexanizminə müraciətlərin qəbulu ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib
Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında görüş keçirilib. SİF-dən SİA-ya bildirilib ki, onlayn görüşdə sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların maliyyələşdirilmə imkanlarının genişləndirilməsi istiqamətində qurumlar arasındakı əməkdaşlığın növbəti addımları müzakirə edilib. Bununla yanaşı, fondun güzəştli kreditlərinin verilməsi, eləcə də zəmanət və subsidiya mexanizminə müraciətlərin qəbul edilməsi ilə bağlı mövcud vəziyyət nəzərdən keçirilib.
Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı bildirdikləri məsələlər diqqətə çatdırılıb, təkliflər dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB