“Azərbaycan 500-600 min barrel neft ixrac edir. Dünyada günlük ixracat isə 100 milyon barrelin üzərindədir. Yəni, Azərbaycanın neft ixracatında payı 0,5 faizdir. Bu birmənalı olaraq qaz ixracatına da aiddir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, biz inkişaf etməkdə olan dövlətik: “Əsas ixracatımız enerjidir, ixracatın strukturunda 90-92 faiz əmtəə ixrac edirik. Yəni, xam şəkildə məsul ixrac edirik. Neft və qazdan çox az sayda məsul istehsal edirik. Dəhlizlər vasitəsilə çıxış əldə etməyə çalışsaq da, ətrafımız dörd tərəfdən də problemli ölkələrlə əhatələnib. Bir tərəfdən də Ermənistan qonşumuzdur, sərhədlərimiz bağlıdır.
Hazırda Gürcüstan vasitəsilə Avropa bazarına çıxa bilirik.
Lakin sadalanan problemlərə rəğmən inkişafımızı artırmaq üçün bir çox sahələrdə daim iri addımlar atılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB