“Sahibkarlar hissəli ödəniş adı ilə faizi də qiymətin üzərinə əlavə edirlər“ - İQTİSADÇI DANIŞDI

“Mağaza və ya şirkətin öz daxili resursları ilə hissəli ödəniş şəklində müştərisinə kredit verməsi daxili kredit hesab olunur. Heç bir hüquqi və fiziki şəxs lisenziyası olmadan kredit üzərin əlavə faiz ala bilməzlər”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, məsulun faizlə satışı üçün lisenziya olmalıdır: “Bu prosesi banklar həyata keçirə bilərlər, amma hüquqi və fiziki şəxslər edə bilməzlər. Lakin faizi də qiymət içərisində gizlədərək həyata keçirdikdə və sübut olunduqda isə qanun pozuntusu kimi qeydə alınır. Çünki faktiki olaraq faizlə satış olmasa da, hissəli ödənişdə faiz elementinin olduğu sübut olunduqda birmənalı olaraq qayda pozuntusu halı baş verir. Bu məsələlərlə isə Mərkəzi Bank məşğul ola bilər. Sahibkarlar adətən hissəli ödəniş adı ilə faizi də qiymətin üzərinə əlavə edirlər. Bu prosesə nəzarət etmək isə çətin məsələdir.

Daxili kreditlərin əsas problemlərindən biri əhalinin yüklənməsi ilə nəticələnə bilər. Belə ki, bu təşkilatlar maliyyə institutları olmadığından daha riskli kreditlər verə bilərlər. Məsələn, bank vətəndaşa borc verdikdə onun tarixçəsinə baxır. Daxili kredit verildikdə isə banklar bunu bilmir və qeydiyyata alına bilmir. Bunun qarşısını almaq üçün isə hökumət daxili kreditin 10000-i keçdiyi təqdirdə kredit reytrinə salınmasını tələb etdi. Lakin şirkətlərin bu tələbi nə dərəcədə yerinə yetirməsi sual doğurur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə